Azərbaycan Rock Musiqisi-inkişaf tarixi

İyul 17, 2008

Bir çoxları Azərbaycan Rock musiqisinin mövculuğundan xəbəri belə yoxdu.Lakin bu fikirləri indiki zamana nisbətən aid etmək olar. Artıq Azərbaycanda Rock musiqisi yaradılır, sevilir və bir çox gənclər maraqlanır. Azərbaycanda Rock musiqinin ən inkişafının yüksək zirvəsinə çatması 1966-cı ildən 1975 ci illərə təsadüf edir. O zamanlar gənclər qerb rock musiqisini radio dalğalardan tutaraq dinləyirdilər. Daha çox keyfiyyətli musiqi dinləmək istəyən gənclər Led Zeppelin, Beatles, Animals kimi qruplara qulaq asırdılar. Universitetlərdə, mədəniyyət evlərində, məkbətlərdə rock qrupları yaradılırdı. Əlbəttə ki o zaman nə internet, nə də TV var idi. Bir çoxları da xarici dillərdə ifa olunmuş musiqilərin sözlərini anlamaqda çətinlik çəkirdilər, buna görə də ifa edərkən bəzən original sözlərdən istifadə etmirdilər. Misal üçün- Ekspriment OK qrupu Pyatiqorskdakı Xarici dillər universitetində konsertə dəvət almışdılar. Sözlərin bəzilərini bilmədiyi üçün vokalist onları musiqinin gedişində fikirləşirdi. Həmçinin qrupun instrumentlərlə də problemləri olub. Ekspriment OK qurupu hələ məktəbdə oxuyarkən yaradılıb. Başlanğıcda drums üçün pioner drums+indan istifadə edilirmiş. Ümumiyyətlə partiyalar və hökümət gənclərin belə maraqlarına qarşı deyildilər. Azərbaycanın- musiqi mədəniyyəti böyük olan bir ölkədir. Və burada sadəcə qərbdən gələn bu musiqi növünü heç bir xüsusi nəzarətdə saxlamırdılar. Komsomot komitəsi Rock festivalların əsas təşkilatçısı idi. Düzdü heç kimi incitməmək üçün o zamanlar hər konsert üçün kommunist lozungu uydurmaq lazım gəlirdi;)

 

COLDÜNYA

Aç balaca qanadlarını

izləmək üçün klikləyin

60-70ci illərdə “Eksulap” (Tibb Universiteti), “Xürrəmilər” (İqtisad Universiteti), “Rəng”  kimi Rock qruplar çıxmağa və gənclər tərəfindən sevilməyə başladı. 70-ci illərdə nisbətən qərb musiqisinin təsirindən çıxıb və öz musiqi stilini yaradan qruplar daha çox idi. Bunlara “Cür-bə-cür” (Cahangir Qarayevin rəhbərliyi ilə), “Brevis”, “Üç od” aid edilə bilər.
Azərbaycan Rock musiqi stilinin yaranmasında 2 qrup başlıca rol oynayıb. Bunlar Ekspriment Ok və Aşıqlar (Elxan Şixəliyevin rəhbərliyi ilə) qrupudur. Aşıqlar öz musiqisində ud, tar və kamançadan istifadə edirdilər. Elxan Şixəliyev həm də Ekspriment OK qrupunda saksafonda ifa edirdi.
 Unformal-2001-ci ildə “BIC Fest 01″ festivalında ən yaxşı rock qrup kimi Qızıl Aypara mükafatına layiq görülüb. Hətta orada ifa etdiklər “I hope you’ll be there” kompozisiyasını Amerikanın radiostasiyaları səsləndirmək istəyiblər, lakin musqiqinin səs keyfiyyətləri aşağı olduğu üçün imtina ediblər…
1 sözlə Sovet İttifaqı dövrlərində Azərbaycan Rock musiqisi ən yüksəkdə idi. İndiki zamanda demək olmaz ki Azərbaycan Rock musiqisi yoxdu. Var, lakin kiçik bir dinləyici kütləsi ilə.Məncə 8 milyon əhalisi olan bir ölkədə Azərbaycan Rock musiqisini sevənlərin sayı kiçik bir zala yerləşəcək dərəcədə az olmamalıdı.

Entry Filed under: Musiqi. Tags: , , , , , , , , , , , , , , , , , , , , .

2 Comments Add your own

  • 1. Aydin_nextaz  |  İyul 22, 2008 at 6:50 pm

    Mende Coldünyanin bu mahnisi var:))) super mahnıdı

    Reply
  • 2. Faiq  |  İyul 23, 2008 at 8:11 pm

    Butun melumatlara gore tewekkurler. Ele bil bur da YUHU(YUXU) qrupu haqqinda melumat yox idi axi. YUVU qrupunu nece unutmaq olar olar axi.

    Reply

Leave a Comment

Required

Required, hidden

Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>

Trackback this post  |  Subscribe to the comments via RSS Feed


Səhifələr

Təqvim

İyul 2008
M T W T F S S
« Jun   Aug »
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

Arxiv

Azərbaycan

Bloglar

Created by ME

Son Şərhlər

Ən çox baxılan postlar

Sayğac

My Page Rank