Archive for İyun 24th, 2008

2007-ci il ərzində rekord sayda bloger həbs olunub

Vaşinqton universitetinin əməkdaşları tərəfindən hazırlanmış World Information Access məruzəsinə əsaslanaraq BBC News xəbər verir ki, son beş ildə 64 bloger həbs olunub. Bunlardan 36-sı 2007-ci ildə həbs olunub, yəni 2006-cı ilin göstəricisindən 3 dəfə çox. World Information Access məruzə müəllifləri bunu siyasi həyatda internet-gündəliklərin rolunun artması ilə əlaqələndirirlər. Qeyd olunur ki, həbslərin əksəriyyəti siyasi qeyri-müəyyənliklər, məsələn, seçkilər və ya kütləvi etiraz aksiyaları zamanı baş verir.
Həbs olunan blogerlər arasında Asiya və Yaxın Şərq ölkələri liderlik edir. Xüsusən də, 2007-ci ildə həbs olunmuş blogerlərin yarısından çoxunu Çin, Misir və İran sakinləri təşkil edir.
Bununla belə, son illərdə həmçinin, ABŞ, Kanada, Böyük Britaniya və Fransa kimi ölkələrin blogerləri də həbs olunublar. Həbs olunmuş bloger orta hesabla 15 ay müddətinə azadlıqdan məhrum edilir.

 

Add comment İyun 24, 2008


Səhifələr

Təqvim

İyun 2008
M T W T F S S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Arxiv

Azərbaycan

Bloglar

Created by ME

Son Şərhlər

Ən çox baxılan postlar

Sayğac

My Page Rank