Archive for İyun 21st, 2008
JPEG+in içərisində faylların gizlədilməsi
JPEG+in içərisində istənilən faylları saxlamaq mümkündür. Lazımı faylları gizlətmək üçün bizə Windows əməliyyat sistemi və Winrar lazım olacaq. Misal üçün biz document1.doc və document2.doc adlı faylları cat.jpg adlı şəkilin içərisində gizlətmək istəyirik. Bunun üçün hər iki faylı (document1 və document2) seçib üzərilərində sol düyməni basmaq və “Add to archive” etmək lazımdır.
“Arxiv name”- i docs.rar qoyaq. Sonra yaranmış docs.rar-ı və faylları içərisində gizlətməli olacağımız şəkili C: => Windows => system32
ünvanlı qovluğa atırıq və həmin ünvanda olan cmd.exe -ni tapıb klikləyirik. Copy /b-dan istifadə edib, docs.rar-ı yeni bir adla şəkildə birləşdiririk. Bunun üçün açılmış cmd.exe-də yazırıq :
copy /b cat.jpg + docs.rar cat_new.jpg
bundan sonra yeni cat_new.jpg adlı şəkil yaradılacaq və tərkibində document1.doc və document2.jpg adlı faylları saxlayacaq. Fayllara baxmaq üçün sadəcə şəkili winrar-la açmaq kifayətdir. Bu əməliyyatın yeganə çatışmayan cəhəti belə şəkillər qrafiki redaktorlarda görünmürlər. Hər hansı bir belə müdaxilə şəkildə olan informasiyanın silinməsinə gətirib çıxara bilər…Uğurlar
2 comments İyun 21, 2008












