Archive for İyun 18th, 2008

Bir az da WordPress haqqında

“Yandex”-in son araşdırmalarına görə internetdə milyona yaxın rusdilli bloglar mövcuddur. Rus istifadəçilərin çoxu blog eldə etmək üçün Live Journal-un servislərindən istifadə edirlər. WordPress Akismet xidmətini (forumlarda və bloglarda spamların blok edilməsi xidmətini) dəstəkləyir və inkişaf etdirir. Akismet xidməti çox unikal xidmətdir və bu xidmətlə 1500 reklam şərhlərindən yalnız 1-2si bloga düşə bilər…WordPress öz xidmətlərinə görə öz rəqibləri TypePad, Blogger, Movable Type-dan bir neçə xidmətlərinə görə üstünlük təşkil edir. Siz WordPress-də işlərkən və ya uzun bir mətn yazarkən əməliyyat sistemində və ya internetdə baş verəcək xətalar səbəbindən yazdığınız informasiyanın itməsindən narahat olmaya bilərsiniz, cünki WordPress.com avtomatik olaraq hər yazılan məlumatı hər dəqiqə yaddaşda saxlayır. Sonra siz onları (Draft) bölməsindən tapa bilərsiniz. Ümumiyyətlə digərlərində olmayaq xidmətlərə və üstünlüklərinə görə WordPress daha çox istifadə olunur. İstifadəçilər siyahısına Robert Skoblu, birinci kosmik turist olan Anyuşa Ansarini və Om Malik də daxildilər.

1 comment İyun 18, 2008

Biometrik pasportlar

Artıq bütün dünyada elektron pasportlara keçid sürətlənməkdədir. Bu prosesdən kənarda qalmayan Azərbaycanda da hazırda biometrik sistemin yaradılması üzərində işlər aparılır.

Biometrik eyniləşdirmədən adi insanlar gündəlik həyatında ömürboyu istifadə edir. Telefonda səsə görə o biri başda olan şəxsi təyin edirik və ya yerişinə, sifətə görə uzaqdan gələn tanışları identifikasiya edirik. Bunlar biometrik texnologiyalardır. Elmi tədqiqatlarda və praktik tətbiqlərdə sınaqdan çıxarılmış biometrik xarakteristikalara barmaq izi, gözün torlu və qüzehli qişaları, sifət şəkli, əlin həndəsəsi, ovucun şəkli, bədənin qoxusu, qulaqların forması, termoqramlar, DNT, səs, əl imzası, dodaqların hərəkəti, klaviatura xətti, yeriş və s. aiddir. Onların praktikada geniş istifadəsi isə barmaq izlərinin kriminalistikada tətbiqi ilə 19-cu əsrin sonlarından başlayır. Barmaq izlərinə görə cinayətkarların aşkarlanması üçün kartatekalar tətbiq olunurdu. Helen adlanan sistem əsasında cinayətkarların barmaqlarının 10-nun da ayrı-ayrılıqda mürəkkəblə izləri götürülüb saxlanılırdı. Artıq 50-60-cı illərdə Federal Təhqiqat Bürosunda böyük kartateka yığılmışdı. Keçən əsrin 60-cı illərindən isə hesablama texnikasının inkişafı ilə bağlı avtomatlaşdırılmış biometrik texnologiyalar da inkişaf etməyə başlayıb və səsə görə identifikasiya meydana gəlib.

(davamı…)

Add comment İyun 18, 2008


Səhifələr

Təqvim

İyun 2008
M T W T F S S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Arxiv

Azərbaycan

Bloglar

Created by ME

Son Şərhlər

Ən çox baxılan postlar

Sayğac

My Page Rank