Archive for İyun, 2008

26 Iyun-Silahlı qüvvələr günü

2 comments İyun 27, 2008

Parada 1gün qalmış

1 comment İyun 25, 2008

2007-ci il ərzində rekord sayda bloger həbs olunub

Vaşinqton universitetinin əməkdaşları tərəfindən hazırlanmış World Information Access məruzəsinə əsaslanaraq BBC News xəbər verir ki, son beş ildə 64 bloger həbs olunub. Bunlardan 36-sı 2007-ci ildə həbs olunub, yəni 2006-cı ilin göstəricisindən 3 dəfə çox. World Information Access məruzə müəllifləri bunu siyasi həyatda internet-gündəliklərin rolunun artması ilə əlaqələndirirlər. Qeyd olunur ki, həbslərin əksəriyyəti siyasi qeyri-müəyyənliklər, məsələn, seçkilər və ya kütləvi etiraz aksiyaları zamanı baş verir.
Həbs olunan blogerlər arasında Asiya və Yaxın Şərq ölkələri liderlik edir. Xüsusən də, 2007-ci ildə həbs olunmuş blogerlərin yarısından çoxunu Çin, Misir və İran sakinləri təşkil edir.
Bununla belə, son illərdə həmçinin, ABŞ, Kanada, Böyük Britaniya və Fransa kimi ölkələrin blogerləri də həbs olunublar. Həbs olunmuş bloger orta hesabla 15 ay müddətinə azadlıqdan məhrum edilir.

 

Add comment İyun 24, 2008

JPEG+in içərisində faylların gizlədilməsi

JPEG+in içərisində istənilən faylları saxlamaq mümkündür. Lazımı faylları gizlətmək üçün bizə Windows əməliyyat sistemi və Winrar lazım olacaq. Misal üçün biz document1.doc və document2.doc adlı faylları cat.jpg adlı şəkilin içərisində gizlətmək istəyirik. Bunun üçün hər iki faylı (document1 və document2) seçib üzərilərində sol düyməni basmaq və “Add to archive” etmək lazımdır.
“Arxiv name”- i docs.rar qoyaq. Sonra yaranmış docs.rar-ı və faylları içərisində gizlətməli olacağımız şəkili   C: => Windows => system32
ünvanlı qovluğa atırıq və həmin ünvanda olan cmd.exe -ni tapıb klikləyirik. Copy /b-dan istifadə edib, docs.rar-ı yeni bir adla şəkildə birləşdiririk. Bunun üçün açılmış cmd.exe-də yazırıq :
 copy /b cat.jpg + docs.rar cat_new.jpg
bundan sonra yeni cat_new.jpg  adlı şəkil yaradılacaq və tərkibində document1.doc və document2.jpg adlı faylları saxlayacaq. Fayllara baxmaq üçün sadəcə şəkili winrar-la açmaq kifayətdir. Bu əməliyyatın yeganə çatışmayan cəhəti belə şəkillər qrafiki redaktorlarda görünmürlər. Hər hansı bir belə müdaxilə şəkildə olan informasiyanın silinməsinə gətirib çıxara bilər…Uğurlar :)
 
 
 
 

2 comments İyun 21, 2008

Kevin Kallagerin Sərgisi

Bu gün “Abseron Art Gallery”de Kevin Kallagerin karikaturalardan ibaret sərgisinin açılış günü idi. Ümümiyyət idea və verilmiş obrazlar çox maraqlı idi. Daha çox İraq-Amerika münasibətləri, siyasətdə olan gergin münasibətlər esasən bu karikaturaların başlıca mövzusu idi. Kallagerin dediyine göre-Obrazlar onun fikirlərində yaranır sonra ise onları kağız üzərinə köçürtdükdə böyük dünyaya göz açırlar. Bu obrazlar onun uşaqlarıdır. İlk əvvel o qədər bu oblarlar haqqında düşünürsən ki, həttə gece yatdıqda bele onları yuxuda görməyə başlayırsan..
Sergiden bezi karikaturalar həddindən artıq xoşuma gəldi, onlardan bəzilərini aşağıda görə bilərsiniz.

(davamı…)

3 comments İyun 20, 2008

Portuqaliya 2-3 Almaniya

Oyunun bu hesabda qalmasını heç istəmirdim. Çünki Potuqaliyaya azarkeşlik edirdim. Hər iki komanda güclü idi. Nə demək olar, ən azından yaxşı ki tarix təkrarlanmadı…

1 comment İyun 20, 2008

Bir az da WordPress haqqında

“Yandex”-in son araşdırmalarına görə internetdə milyona yaxın rusdilli bloglar mövcuddur. Rus istifadəçilərin çoxu blog eldə etmək üçün Live Journal-un servislərindən istifadə edirlər. WordPress Akismet xidmətini (forumlarda və bloglarda spamların blok edilməsi xidmətini) dəstəkləyir və inkişaf etdirir. Akismet xidməti çox unikal xidmətdir və bu xidmətlə 1500 reklam şərhlərindən yalnız 1-2si bloga düşə bilər…WordPress öz xidmətlərinə görə öz rəqibləri TypePad, Blogger, Movable Type-dan bir neçə xidmətlərinə görə üstünlük təşkil edir. Siz WordPress-də işlərkən və ya uzun bir mətn yazarkən əməliyyat sistemində və ya internetdə baş verəcək xətalar səbəbindən yazdığınız informasiyanın itməsindən narahat olmaya bilərsiniz, cünki WordPress.com avtomatik olaraq hər yazılan məlumatı hər dəqiqə yaddaşda saxlayır. Sonra siz onları (Draft) bölməsindən tapa bilərsiniz. Ümumiyyətlə digərlərində olmayaq xidmətlərə və üstünlüklərinə görə WordPress daha çox istifadə olunur. İstifadəçilər siyahısına Robert Skoblu, birinci kosmik turist olan Anyuşa Ansarini və Om Malik də daxildilər.

1 comment İyun 18, 2008

Biometrik pasportlar

Artıq bütün dünyada elektron pasportlara keçid sürətlənməkdədir. Bu prosesdən kənarda qalmayan Azərbaycanda da hazırda biometrik sistemin yaradılması üzərində işlər aparılır.

Biometrik eyniləşdirmədən adi insanlar gündəlik həyatında ömürboyu istifadə edir. Telefonda səsə görə o biri başda olan şəxsi təyin edirik və ya yerişinə, sifətə görə uzaqdan gələn tanışları identifikasiya edirik. Bunlar biometrik texnologiyalardır. Elmi tədqiqatlarda və praktik tətbiqlərdə sınaqdan çıxarılmış biometrik xarakteristikalara barmaq izi, gözün torlu və qüzehli qişaları, sifət şəkli, əlin həndəsəsi, ovucun şəkli, bədənin qoxusu, qulaqların forması, termoqramlar, DNT, səs, əl imzası, dodaqların hərəkəti, klaviatura xətti, yeriş və s. aiddir. Onların praktikada geniş istifadəsi isə barmaq izlərinin kriminalistikada tətbiqi ilə 19-cu əsrin sonlarından başlayır. Barmaq izlərinə görə cinayətkarların aşkarlanması üçün kartatekalar tətbiq olunurdu. Helen adlanan sistem əsasında cinayətkarların barmaqlarının 10-nun da ayrı-ayrılıqda mürəkkəblə izləri götürülüb saxlanılırdı. Artıq 50-60-cı illərdə Federal Təhqiqat Bürosunda böyük kartateka yığılmışdı. Keçən əsrin 60-cı illərindən isə hesablama texnikasının inkişafı ilə bağlı avtomatlaşdırılmış biometrik texnologiyalar da inkişaf etməyə başlayıb və səsə görə identifikasiya meydana gəlib.

(davamı…)

Add comment İyun 18, 2008

Aspirant və dissertantların “İnformatika” fənni üzrə namizədlik imtahanları başlandı

 

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) aspirant və dissertantların “İnformatika” fənni üzrə namizədlik imtahanı keçirildi.

Xatırladaq ki, AR Prezidenti yanında Ali Attestasiya Komissiyası kollegiyasının 25 oktyabr 2002-ci il tarixli və 16 dekabr 2002-ci il tarixli, həmçinin AMEA Rəyasət Heyətinin 15 yanvar 2003-cü il tarixli qərarlarına əsasən respublika üzrə bütün aspirant və dissertantlar üçün “İnformatika” fənni üzrə tədris kurslarının təşkili və namizədlik imtahanlarının qəbulu mərkəzləşdirilmiş qaydada AMEA İTİ-yə həvalə edilmişdir. Bu müddət ərzində institutda müxtəlif ixtisaslar üzrə hazırlanan 7 minə yaxın aspirant və dissertanta elmi-tədqiqat işlərində informasiya texnologiyalarının tətbiqi üzrə məsləhətlər verilmiş, İnternet və kompüterdən praktiki istifadə etmək qabiliyyəti aşılanmış, informasiya cəmiyyəti ideologiyasının mahiyyəti, bu istiqamətdə dövlət siyasəti çərçivəsində qəbul olunmuş proqramlar, qanunlar və digər mühüm sənədlər, həmçinin həyata keçirilən tədbirlər haqqında lazımi biliklər tədris olunmuşdur. Qeyd edək ki, imtahanlar 4 istiqamət üzrə aparılır: fizika, riyaziyyat və texnika elmləri; kimya, biologiya və tibb elmləri; yer, kənd təsərrüfatı və coğrafiya elmləri; ictimai-siyasi, sosial-iqtisadi və humanitar elmlər. İmtahanlar iyulun 14-dək davam edəcək.

 

2 comments İyun 17, 2008

Yaşasın İT-dept=> ALT+F4 6 – 3 AVT

IT-ni, Alt+F4 tebrik edirik..Əla oyun idi… Gələcəkdə də ugurlar :)

(davamı…)

2 comments İyun 16, 2008

Previous Posts


Səhifələr

Təqvim

İyun 2008
M T W T F S S
« May   Jul »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Arxiv

Azərbaycan

Bloglar

Created by ME

Son Şərhlər

Ən çox baxılan postlar

Sayğac

My Page Rank