Branche
May 23, 2008
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Azərbaycan Prezidenti İlham Əliyevin ADR-in 90 illiyinin qeyd olunması istiqamətindəki tövsiyyələrinə uyğun olaraq silsilə tədbirlər həyata keçirir.





Bu istiqamətli fəaliyyətin davamı olaraq “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı “Branche” adlı klassik musiqi gecəsi təşkil edir. Qeyd edəki ki, layihə iki hissədən ibarətdir. Layihənin birinci hissəsi Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Azər Daşdəmirov və s. kimi klassik bəstəkarların əsərlərindən, ikinci hissə isə Ruhin İsmayılov, Fərid Nağızadə, Azər Əsgərov, Tural Məmmədli və digər gənclərin ifalarından ibarət olacaqdır. Layihənin keçirilməsində əsas məqsəd milli mədəniyyətimizin, klassik musiqimizin, mənəvi dəyərlərimizin, milli irsimizin qorunmasına və təbliğidir.
Gecədə Azərbaycanda fəaliyət göstərən diplomatik nümayəndəliklərin və beynəlxalq təşlikatların nümayəndələrinin iştirakı gözlənilir.
”Branche” layihəsinin təqdimatının 23 May 2008-ci il saat 19:00-da Xəzər Universitetinin Dünya konsert salonunda keçirilməsi nəzərdə tutulur. (B. Səfəroğlu 122, Şahmat məktəbinin yaxınlığında)
Entry Filed under: DAILY, IRƏLİ. Tags: branche, ireli, Xezer Universiteti.
1 Comment Add your own
Leave a Comment
Some HTML allowed:
<a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <pre> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>
Trackback this post | Subscribe to the comments via RSS Feed












1.
naxchiboy | İyun 15, 2008 at 10:55 pm
keske orda olardim. klassik musiqi ile aram pis deyil