Archive for May, 2008
Sülh və İnsan Hüquqları ilə Bağlı Cənubi Qafqazda-Mən insanam adlı sənədli film festivalı

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı və Sağlam Düşüncə Gənclər Təşkilatı adından aşağıdakı məlumatı Sizin nəzərinizə çatdırmaq istərdik. Azərbaycan Gənclərinin Avropaya Integrasiyası Təşkilatı və Sağlam Düşüncə Gənclər Təşkilatı Henrix Boell Fondu və Avrasiya Əməkdaşlıq Fondu ilə birgə 31 May və 1, 2 İyun, 2008-ci il tarixində “Sülh və İnsan Hüquqları ilə Bağlı Cənubi Qafqazda-Mən insanam adlı sənədli film festivalı” keçirmişdir. Bu Festivalın bütün Cənubi Qafqaz regionları daxil olmaqla Azərbaycan, Ermənistan və Gürcüstanda keçirilməsi gözlənilir. Azərbaycanda bu festival Bakıda, Oğuzda, Göyçayda, Bərdədə və Qarabağda keçiriləcək.
Festivalın Bakıdakı kordinatoru AGAT və SDGT olmaqla ölkəmizdə bu festivalın açılışı və filimlərin ilk yayimlanmasi Bakıdan start götürmüşdür. Qeyd edək ki, bu festival Bakıda ilk dəfə keçirilmişdir.
Add comment May 31, 2008
Branche
“İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı Azərbaycan Prezidenti İlham Əliyevin ADR-in 90 illiyinin qeyd olunması istiqamətindəki tövsiyyələrinə uyğun olaraq silsilə tədbirlər həyata keçirir.





Bu istiqamətli fəaliyyətin davamı olaraq “İRƏLİ” Ümumrespublika Gənclər Hərəkatı “Branche” adlı klassik musiqi gecəsi təşkil edir. Qeyd edəki ki, layihə iki hissədən ibarətdir. Layihənin birinci hissəsi Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Qara Qarayev, Azər Daşdəmirov və s. kimi klassik bəstəkarların əsərlərindən, ikinci hissə isə Ruhin İsmayılov, Fərid Nağızadə, Azər Əsgərov, Tural Məmmədli və digər gənclərin ifalarından ibarət olacaqdır. Layihənin keçirilməsində əsas məqsəd milli mədəniyyətimizin, klassik musiqimizin, mənəvi dəyərlərimizin, milli irsimizin qorunmasına və təbliğidir.
1 comment May 23, 2008












